Onlayn ictimai-siyasi qəzet
İran Prezidenti Məsud Pezeşkian ABŞ-nin danışıqlar aparmaq qabiliyyətini sübut edəcəyi təqdirdə Vaşinqton ilə danışıqların bərpa oluna biləcəyini söyləyib.
“Report” xəbər verir ki, bu barədə Pezeşkianın mətbuat xidməti məlumat yayıb.
“Sanksiyalardan qorxmaq lazım deyil. Bəziləri deyir ki, bizim ABŞ ilə danışıqlar masasına oturmaqdan başqa çarəmiz yoxdur. Lakin biz danışıqlar aparmayacağımızı da deməmişik. Sadəcə, quldurlar qarşısında baş əyməyəcəyik. Bizdə belə bir deyim var: əvvəl qohumluğunu sübut et, sonra mirasa iddia edərsən”, - o deyib.
Pezeşkian vurğulayıb ki, əvvəlcə hər cür sanksiya tətbiq edib, sonra danışıqlar aparmaq təklif etmək olmaz.
28 Fevral 2025
27 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ