Onlayn ictimai-siyasi qəzet
İran İsraillə müharibədən sonra belə, nüvə proqramından əl çəkməyəcək.
“Report” xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi “Al-Araby al-Jadeed"ə müsahibəsində deyib.
Onun sözlərinə görə, İsraillə 12 günlük müharibədən sonra Tehran daha qətiyyətli olub.
"Biz bu texnologiyalara həddən artıq sərmayə qoymuşuq. Alimlər öldü, xalq sanksiyalara məruz qaldı, bizə qarşı müharibə başladıldı. İranda heç kim bu proqramdan əl çəkməyəcək. O, həmişə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) nəzarətində olub", - Əraqçi bildirib.
ABŞ prezidenti Donald Trampın İranla atəşkəsi pozmağa cəhd edən İsrailin baş naziri Binyamin Netanyahu ilə sərt danışdığı iddia edilib.
Publika.az xəbər verir ki, bu barədə İsrailin “Jerusalem Post” qəzeti yazıb.
Məlumata görə, İsrail İranı atəşkəsi pozmaqda ittiham edərək Tehrana döyüş təyyarələri göndərən ərəfədə Tramp və Netanyahu arasında telefon danışığı baş tutub.
İddiaya görə, Tramp Netanyahuya “hücumu dayandır” deyərək səsini ucaldıb. Netanyahunun söhbət əsnasında çox danışmadığı, yalnız Trampa təkrar-təkrar təşəkkür etdiyi qeyd olunub.
Xatırladaq ki, dünən ABŞ prezidenti Donald Tramp İsraillə İran arasında 12 günlük hücumlardan sonra atəşkəsin qüvvəyə mindiyini, İsrailin də bunu qəbul etdiyini açıqlamışdı.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız siyasi şərhçi Azər Həsrətdir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
25 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ