İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail SEPAH qərargahını VURDU

İran Hayfadakı “Yelkən qülləsi” binasında yerləşən İsrail hökumət binalarına raket zərbəsi endirib.

Musavat.com xəbər verir ki, hazırda ikisi ağır olmaqla 15 nəfərin yaralandığı bildirilir.

Məlumata görə, İran İsrailin cənubundakı ərəb qəbiristanlığını da hədəf alıb. Ümumilikdə İsrailin cənubunda üç zərbə endirilib.

İran ordusu İsrailə super ağır raketlər və pilotsuz təyyarələrlə yeni irimiqyaslı zərbə endirdiyini açıqlayıb.

Digər tərəfdən İsrail ordusu Əhvaz vilayətində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qərargahına zərbələr endirib.

İran mediası xəbər verir ki, iyunun 19-da İranın Şərqi Azərbaycan vilayətinin Bostanabad rayonuna endirilən zərbələr nəticəsində SEPAH-ın 11 üzvü həlak olub.

Bundan əvvəl İsrail ordusu bəyanat yayaraq bildirib ki, İDF İranın mərkəzi və qərbində hərbi infrastruktura zərbələr endirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR