Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın İsrailə cavab zərbəsinin yolverilməzliyi ilə bağlı xəbərdarlıqları fonunda İran və digər ərəb ölkələrinin rəsmiləri ABŞ-də keçirilən prezident seçkilərindən sonra İsrailə güclü kütləvi hücum vəd edir.
Musavat.com “The Wall Street Journal”-a istinadla xəbər verir ki, İsrailə qarşı yeni hücum noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkilərindən sonra, lakin 2025-ci ilin yanvarında yeni prezidentin andiçmə mərasimindən əvvəl həyata keçiriləcək.
WSJ-nin həmsöhbəti ordunun planları ilə tanış olan yüksək rütbəli iranlı məmurdur, ancaq İranın bu planlarını digər ərəb ölkələrinin rəsmiləri də təsdiqləyir.
Rəsmi qeyd edib ki, Tehran İraq ərazisi də daxil olmaqla İsrailə hücum edə, həmçinin İsrailin hərbi obyektlərinə “keçən dəfəkindən daha aqressiv” zərbələr endirə bilər.
Eyni zamanda hücumda təkcə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) deyil, nizami ordunun əsgərləri də iştirak edəcək, lakin söhbət bölgəyə qoşunların tam yerləşdirilməsindən deyil, SEPAH-a dəstəkdən gedir.
“İnsan itkisinə məruz qalmışıq, ona görə də reaksiya verməlidirlər”, - deyə İran mənbəsi izah edib.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ