İnsanlara hürriyət, millətlərə istiqlal!

İran İsrail və ABŞ-a xəbərdarlıq etdi: “Yeni nəsil raketlərimiz hazırdır”

İran yenidən Qərbə və İsrailə sərt mesaj göndərib.

Musavat.com xəbər verir ki, İran müdafiə naziri Əziz Nasirzadə ölkəsinin hərbi gücünü nümayiş etdirərək, Tehranın istənilən hücuma cavab verməyə hazır olduğunu bildirib.

Onun sözlərinə görə, İran hazırda ən son nəsil raketlərə malikdir və bu silahların xüsusiyyətləri son müharibədə istifadə olunan raketləri dəfələrlə üstələyir.

Nazir həmçinin vurğulayıb ki, İsrail və ABŞ-ın mümkün hücumu zamanı bu raketlərdən istifadə ediləcək və cavab “çox sərt” olacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR