İnsanlara hürriyət, millətlərə istiqlal!

İran gərginliyi artırır: "Cavab verəcəyik"

ABŞ dövlət katibi Antoni Blinken bəyan edib ki, İsrail və Fələstin arasında münaqişələr artarsa, ABŞ Yaxın Şərqdəki Amerika qüvvələrini və şəxsi heyətini qorumağa hazırdır.

Musavat.com xəbər verir ki, NBC telekanalının “Meet the Press” proqramında iştirak edən Blinken ABŞ-ın İsrail-Fələstin münaqişəsinin “İranın müdaxiləsi ilə gərginləşəcəyini” gözlədiyini bildirib.

“ABŞ personalı və ya bölgədəki silahlı qüvvələrin hər hansı bir düşmən hərəkətin hədəfində olacağı təqdirdə Bayden administrasiyası buna cavab verəcək. Lakin istədiyimiz bu deyil. Gərginliyin artmasını istəmirik. Güclərimizin və şəxsi heyətimizin atəşə tutulmasını istəmirik, lakin belə bir şey olarsa, cavab verməyə hazırıq. Müharibədə heç kim ikinci və ya üçüncü cəbhə görmək istəmir” - o qeyd edib.

İran rəsmilərinin bölgədəki ABŞ qüvvələrinə və şəxsi heyətinə qarşı hücumlarını artırmasını gözlədiklərini ifadə edən Blinken bu insanların təhlükəsizliyinin təmin edilməsi və "lazım gəldikdə qətiyyətlə cavab verilməsi" üçün lazımi addımların atıldığını bildirib.

ABŞ dövlət katibi bölgəyə əlavə hərbi elementlərin, o cümlədən 2 təyyarə gəmisi tapşırıq qrupunun yerləşdirildiyini qeyd edib: 

“Biz (bunu) təxribat etmək üçün deyil, çəkindirmək və kimsə bir şey etməyə cəhd edərsə, orada olduğumuzu açıq şəkildə göstərmək üçün etdik”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR