Onlayn ictimai-siyasi qəzet
İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı fikir ayrılıqlarını həll etmək üçün iyunun 15-nə planlaşdırılan danışıqların növbəti raundu hələ də ləğv edilməyib.
Musavat.com TASS-a istinadən xəbər verir ki, bunu İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi deyib.
"Bu məsələ ilə bağlı 15 iyunda hansı qərarı verəcəyimiz hələlik bəlli deyil", – deyə Baqayinin sözlərini "NourNews" agentliyi sitat gətirib.
Bundan əvvəl Baqai bildirib ki, İsrailin hücumundan sonra Vaşinqtonla Tehran arasında danışıqlar mənasızlaşıb.
Musavat.com
14 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ