Onlayn ictimai-siyasi qəzet
İsrail Hərbi Hava Qüvvələrinin hücumundan sonra İranın paytaxtı Tehranda partlayışlar baş verib. İsrail ordusu iyunun 18-də ilə səhər saatlarında 25 qırıcı ilə İranın qərbində hərbi hədəfləri məhv edib. İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
“Təxminən 25 qırıcı təyyarə bu səhər ölkənin qərbində İsrailə yönəlmiş raket infrastrukturu, raket anbarları və rejimin hərbi əməliyyatçıları da daxil olmaqla, 40-dan çox İran hərbi obyektinə zərbələr endirib”, - açıqlamada bildirilib.
İsrail Hərbi Hava Qüvvələri İranın Kirmanşah vilayətində hava limanına zərbələr endirib. İsrail KİV məlumat yayıb.
Hücumdan sonra hava limanında güclü partlayış səsləri eşidilib. Bundan başqa, İsrail ordusu Kirmanşahda hərbi bazaya zərbələr endirilib, nəticədə İrana məxsus 5 helikopter məhv edilib.
TVMusavat-ın canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü, Güney Azərbaycanlıları Nümayəndəliyinin rəhbəri Babək Muğanlı ilə müzakirə edir.
18 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ