Onlayn ictimai-siyasi qəzet
Gürcüstanın baş naziri İrakli Kobaxidze Prezident Salome Zuraşvili haqqında sərt açıqlamalar verib.
Musavat.com xəbər verir ki, o, prezidentin artıq siyasi fiqur olaraq əhəmiyyətini itirdiyini bildirib:
“Salome Zuraşvili artıq aktual deyil, onun vəzifəsində qalmasına maksimum bir-iki həftə qalıb. İlk dəfədir görürəm ki, kimsə öz kreslosuna bu qədər emosional bağlılıq göstərir. O, vəzifəsindən ayrılmaq istəmir və buna görə də çox ağır emosional vəziyyətdədir. Bu səbəbdən özünə icazə verilməyən şeyləri belə etməyə çalışır,” – deyə Kobaxidze vurğulayıb.
18 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ