Onlayn ictimai-siyasi qəzet
Ukrayna Hava Qoşunlarının Komandası Rabitə İdarəsinin rəisi Yuri İqnat, işğalçı ölkə Rusiya hərbçilərinin Shahed zərbə dronlarını təkmilləşdirməyə davam etdiklərini bildirib.
Musavat.com xəbər verir ki, O, dronların təchizatında Çin istehsalı olan antenaların istifadə edildiyini də qeyd edib.
"Radioelektron mübarizə vasitələri ilə hər şeyi bloklamaq lazımdır. Yəni, adətən Shahed peyk vasitəsilə idarə olunur, peyk naviqasiyası var və dronun peyk istiqamətləndirmə sistemi mövcuddur. Onu ya spoofing – marşrutdan sapdırma, çaşdırma, – ya da müvafiq olaraq bloklamaq lazımdır. Bizim radioelektron mübarizə sistemləri də məhz bu işlə məşğuldur ki, dron hədəfə çatmasın və yerə düşsün, yaxşı olar ki, insanların həyatına ciddi təhlükə yaratmayan bir yerdə", – İqnat izah edib.
O, həmçinin qeyd edib ki, dronun daha çox antenası varsa, Ukraynanın müdafiə qüvvələrinin siqnalı bloklamaq üçün daha çox radioelektron mübarizə vasitəsinə ehtiyacı olacaq.
Musavat.com
26 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ