İnsanlara hürriyət, millətlərə istiqlal!

“iPhone” almaq istəyənlərə BƏD XƏBƏR - Bu qiymətə OLA BİLƏR

"Apple" ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi gömrük rüsumlarından yan keçmək məqsədilə Hindistandan ABŞ-a böyük bir yük göndərir. Şirkət, Hindistandakı istehsalını artıraraq, oradan 600 ton "iPhone" modelini təcili şəkildə ABŞ-a göndərir.

Musavat.com xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Hindistandakı istehsalın artırılması "Apple"ın Tramp dövründə tətbiq olunan tariflərin yaratdığı maliyyə təzyiqlərinə qarşı atdığı bir addımdır. Şirkət bu yolla həm istehsal xərclərini azaltmaq, həm də ABŞ-a idxalda qarşılaşacağı əlavə xərcləri minimuma endirmək istəyir.

CNN-in məlumatına görə, əgər "iPhone"lar ABŞ-da istehsal edilərsə, onların qiyməti 3500 dollara çatacaq. Bu, "Apple" üçün böyük bir çətinlik yaradır, çünki yüksək qiymətlər məhsulun bazarda qəbul edilməsini çətinləşdirə bilər.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR