İnsanlara hürriyət, millətlərə istiqlal!

iPhone 15-də sim kart yuvası olmayacaq - Seriya ilə bağlı başqa detallar - FOTO

Apple şirkətinin bu ilin sentyabrında təqdim edəcəyi iPhone 15 seriyası haqqında təfərrüatlar gəlməyə davam edir.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, Amerika və Avropada təqdim olunan iPhone 15 versiyası üçün SIM kart yeri olmayacaq.

Bu, telefonların mobil əlaqə üçün yalnız eSIM ilə işləyə biləcəyini göstərir.

Ötən ildən bu yana, şirkət ABŞ-də satışa çıxarılan bütün iPhone 14 telefonlarında SİM kart yuvasını çıxarıb və müştəriləri eSIM-dən istifadə etməyə yönəldib.

eSIM, ənənəvi SİM kartlardan istifadə etmədən mobil operatorlara rəqəmsal SİM vasitəsilə qoşulmağa imkan verir.

Qeyd edək ki, daha öncə mətbuata sızan bilgilərdə isə, Pro modellərində fiziki düymələrin olmayacağı və Pro Max modelinin çox nazik hazırlandığı qeyd edilmişdi.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR