İnsanlara hürriyət, millətlərə istiqlal!

“İnsanların məlumatını üçüncü tərəfə satırdılar” -Ekspert FaceApp fırıldağından danışdı  

“Fərdi istifadəçilər süni intellekt əsaslı həllərdən hələ bir neçə il əvvəl zərər gördülər. FaceApp adlı proqram təminatı var idi, insanlar öz simalarını oraya yükləyib, özünü cavanlaşdırırdı, yaxud da qocaldırdı. Lakin sonradan məlum oldu ki, bu proqram təminatı insanların şəkillərini üçüncü tərəflərə ötürürmüş. Həmçinin tətbiqin mobil telefon vasitəsi ilə əldə etdiyi digər məlumatlar, məsələn, ip ünvanı, istifadəçinin yaşadığı ölkə və s. fərdi informasiyalar da üçüncü tərəflərə satılırmış. Bu fakt 2019-cü ildə üzə çıxdı”.

Bunu Musavat.com-a açıqlamasında informasiya texnologiyaları üzrə ekspert Fərhad Mirəliyev deyib. O bildirib ki, süni intellektlə təmas zamanı fərdi və korporativ məlumatlar emal edilməsi üçün ona ötürülür. Lakin sonradan bu məlumatlar arzuolunmaz istiqamətdə istifadə edilir.

“Bir çox dövlət qurumlarında çat-botlardan operator kimi istifadə olunur. Onlara külli miqdarda datalar daxil olur. Bu dataları süni intellekt əsaslı həllərə daxil etməzdən öncə həllər informasiya təhlükəsizliyi auditi tərəfindən yoxlanılmalı və risklər bilinməlidir. Proqram təminatının yaradıcıları bizim məlumatları görə və onlardan başqa məqsədlər üçün istifadə edə bilərlər.

Biz ChatGPT-dən istifadə edəndə ora emal olunması üçün məlumatlar daxil edirik. Bu məlumatlar gedib yaradıcıların əlinə keçir. Buna qarşı yüz faizli sığortalanma yoxdur, sadəcə olaraq riskləri minimallaşdırmaq olar.

Ötən gün çin mənşəli süni intellekt istifadəyə verildi. O, göstəricilərinə görə ChatGPT-ni keçdi, birjaları çökdürdü və tamam başqa bir fəlsəfə ortaya qoydu. Göründüyü kimi süni zəka sahəsində rəqabət hələ yenicə başlayır, edə biləcəyimiz tək şey riskləri minimallaşdırmaqdır”.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Fevral 2025

24 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR