İnsanlara hürriyət, millətlərə istiqlal!

İnşaat materialı bazarındakı dəhşətli yanğınla bağlı YENİ MƏLUMATLAR- FOTOLAR, VİDEO  

 

FHN əməkdaşı: "Hazırda açıq yanğın mənbəyi yoxdur"

 

Bu gün səhər saatlarında inşaat materialları bazarında baş verən dəhşətli yanğın söndürülüb.

Musavat.com bildirir ki, bu barədə  FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Rza Xudiyev bildirib. Onun sözlərinə görə yanğının söndürülməsi üçün FHN-nin 20 texnikası,100-ə yaxın əməkdaşı cəlb olunub:

"Yanğınla bağlı 05:41-də bizə məlumat daxil oldu. Dərhal cədvəl əsasında qüvvələrimiz göndərilib.  Məlumat daxil olandan dörd dəqiqə sonra yaxınlıqda olan yanğınsöndürmə bölməsi hadisə yerinə çataraq, yanğını yüksək çağırışlı elan etməklə, 2 saylı çağırış elan edib.

Havanın küləkli olması, yanğının müxtəlif istiqamətlərə yayılmasını nəzərə alaraq, 3 saylı çağırış elan etdik. Bununla da Bakı Qarnizonunun qüvvələri yanğın yerinə daxil olub. 20-yə yaxın yanğın texnikası və 100-ə yaxın şəxsi heyətimiz yanğının söndürülməsində iştirak edib.

Küləyin təsirindən yanğın 3 istiqamətə yayılaraq, 3 böyük mənbə yaradıb. Mənbələrin hər birinin sahəsi təxminən 1000-1500 kv.metr olub.

Hazırda yanğının başqa obyektlərə keçmə təhlükəsi, açıq yanğın mənbəsi yoxdur.

Təhlükə yalnız ondan ibarətdir ki, taxtaların yığıldığı kiplər hər an açıla və xəsarətə səbəb ola bilər. Ən böyük təhlükə isə ərazidəki elektrik dirəyinin 45 dərəcə bucaq altında öz formasını dəyişməsidir ki, onun uçma təhlükəsi var. Ona görə də çalışırıq ki, təhlükəsizlik qaydalarına əməl olunsun, FHN əməkdaşları xəsarət almasın.

Yanğının hansı səbəbdən baş verməsi ilə bağlı suala Rza Xuduyev bu cür cavab verib:

"Yanğının hansı səbəbdən baş verdiyi barədə yalnız ekspert qrupu  araşdırma aparıldıqdan sonra məlumat veriləcək".

 

Xalidə Gəray
Foto müəllifindir
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR