İnsanlara hürriyət, millətlərə istiqlal!

İngiltərə yarımfinalda!

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının İngiltərə və İsveçrə yığmaları arasında keçirilən 1/4 final görüşündə əsas vaxt 1:1 hesablı heç-heçə ilə yekunlaşdığına görə, qalibi müəyyən etmək üçün hər biri 15 dəqiqədən ibarət iki əlavə hissə oynanılıb. Əlavə vaxtda da qol vurulmadığından, qalib penaltilər seriyasında müəyyən olub.

Rəqibindən daha dəqiq olan İngiltərə yarımfinala vəsiqə qazanıb. (0xu.az)

 ***

Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalında İngiltərə - İsveçrə matçının qalibi penaltilər seriyasında müəyyənləşəcək.

***

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının İngiltərə və İsveçrə yığmaları arasında keçirilən 1/4 final görüşündə əsas vaxt başa çatıb.

Qarşılaşmanın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşdığına görə, qalibi müəyyən etmək üçün hər biri 15 dəqiqədən ibarət iki əlavə hissə oynanılır. (Oxu.az)

***

Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalında İngiltərə - İsveçrə matçında hesab bərabərləşib.

İsveçrə millisinin futbolçusu Bril Embolo 75-ci dəqiqədə fərqlənib. İngiltərə yığmasından isə Bukayo Saka 80-ci dəqiqədə rəqib qapısına yol tapıb - 1:1. (Report)

***

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının İngiltərə və İsveçrə yığmaları arasında keçirilən 1/4 final görüşündə hesab açılıb.

İsveçrəlilər hesabda önə keçiblər.

Komandanın heyətində 75-ci dəqiqədə Embolo fərqlənib. (Oxu.Az)

 ***

Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalında İngiltərə - İsveçrə matçında ikinci hissə başlayıb.

***

Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalında İngiltərə - İsveçrə matçında ilk hissə bitib.

Komandalar fasiləyə qolsuz yollanıblar.

Qeyd edək ki, görüşü italiyalı baş hakim Daniele Orsato idarə edir. (Report)

 ***

Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalında İngiltərə - İsveçrə matçına start verilib.

Qarşılşama Düsseldorf şəhərindəki "Esprit Arena"da keçirilir.

Qeyd edək ki, görüşü italiyalı baş hakim Daniele Orsato idarə edir. (Report)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR