Onlayn ictimai-siyasi qəzet
İngiltərənin “Vest Bromviç” klubunun yarımmüdafiəçisi Ceyson Molumbi yoldaşlıq görüşündə (0:1) “Malyorka”nın yarımmüdafiəçisi Samu Kostanın çənəsinə yumruq vurub.
Birinci hissənin sonunda Molumbi ona qarşı qaydanın pozulmasından narazı qalıb. Bundan sonra , bundan sonra “haqq-hesab çəkmək” üçün Kostaya yaxınlaşıb. Kosta söz mübahisəsindən sonra rəqibinin boynundan tutmağa çalışsa da, Molumbi onun üzünə zərbə endirib.
Daha sonra futbolçular əlbəyaxa olublar və hər ikisi yerə yıxılıb. Onları komanda yoldaşları ayırmalı olub. (Ölkə.az)
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ