İnsanlara hürriyət, millətlərə istiqlal!

İngilis nazir: Biz AB-dən çıxmağın acı nəticələri ilə hələ üzləşməmişik


Böyük Britaniya Avropa İttifaqından çıxmasının təsirinin 60%-ni hələ də hiss etməyib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə yerli Xəzinədarlığın İqtisadiyyat katibi Tulip Sidik danışıb.

Onun sözlərinə görə, “Breksit”in nəticələrinin bu hissəsi hələ tam olaraq ortaya çıxmayıb.
Sidikin fikrincə, bundan sonra Böyük Britaniyanın ixrac və idxal göstəriciləri, ölkənin AB-də qalması ilə müqayisədə 15% aşağı olacaq. Üstəlik bu nəticələr Britaniya Büdcə Məsuliyyəti İdarəsinin (OBR) məlumatları əsasında tərtib olunub.

2016-cı ilin iyununda keçirilən referendumda Britaniya vətəndaşlarının 52%-i Avropa İttifaqından çıxmağa səs verib. 31 yanvar 2020-ci ildə ölkə 47 illik iştirakdan sonra Aİ-ni tərk edib. 2021-ci il yanvarın 1-dən tərəflər arasında ticarət və əməkdaşlıq müqavilələri qüvvəyə minib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR