İnsanlara hürriyət, millətlərə istiqlal!

“İndiki mərhələdə ABŞ uduzub”-erməni ekspert  

Təkcə ABŞ dövlət katibinin deyil, milli təhlükəsizlik üzrə müşavirinin də iştirak etdiyi bir neçə günlük danışıqların nəticəsində heç bir sənədin imzalanmaması danışıqların uğursuzluğa düçar olması deməkdir.

Musavat.com xəbər verir ki, belə bir iddia ilə Ermənistan mediasına müsahibəsində politoloq Stepan Danielyan çıxış edib. O, bu fikirləri Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin ABŞ-da bir gün əvvəl başa çatmış danışıqları barədə danışarkən deyib.

“ABŞ dövlət katibi onların uğursuz olduğunu deyə bilməz, çünki bu, onların uğursuzluğudur. Təbii ki, o, bəzi resepturalar tapmalı idi və formula belə idi: biz müəyyən bir həddə çatdıq. Bu o deməkdir ki, indiki mərhələdə ABŞ uduzub”, - Danielyan bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR