İnsanlara hürriyət, millətlərə istiqlal!

“İndi siz namus timsalı oldunuz?” – Pərvin Abiyeva

Aktrisa Pərvin Abıyeva müğənni Nigar Camalın qızı Jasminin geyiminə görə tənqid olunmasına münasibət bildirib.

Musavat.com xəbər verir ki, Jasminin idman tərzindəki geyimi sosial şəbəkədə tənqid olunub. Aktrisa isə Bakıda qızların çoxunun bu tərzdə geyindiyini bildirərək onu müdafiə edib:

“Hə, gözəlliyinə heç nə deməyin, tutsun”qıjı” damarınız. Bir dənə “Maşallah, gözəl qızdır” yazan yoxdur. Gənc qızdır, indi onun elə geyinən vaxtıdır, bəsdirin. Bu geyimdə bütün Bakı gəzir. Rayonlarda belə qızlar top geyinir. Üstəlik, bu qızlar İngiltərədə böyüyüb. Bakıda yaşayan qızlar göbəyiaçıq geyinmir? İndi siz namus timsalı oldunuz?”

Könül
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 May 2025

BÜTÜN XƏBƏRLƏR