Onlayn ictimai-siyasi qəzet
"Bu gün Azərbaycanda 7-dən 77-yə hər kəsdə Məhəmməd Əmin Rəsulzadənin, Müsavatın ruhu var. Rəsulzadə Azərbaycan xalqının şərəfli keçmişidir. O, bu millət üçün öz ailəsini qurban vermiş gerçək dövlət adamıdır. Ruhu daim şad olsun".
Musavat.com bildirir ki, bu sözləri Türkiyədə fəaliyyət göstərən Azərbaycan Kültür Dərnəyinin rəhbəri Cəmil Ünal Müsavat Partiyasının XI qurultayında deyib.
"Azərbaycan bizim ata yurdumuzdur. Keşmişdə Azərbaycanı qəlbimizdə yaşatdıq və bunu bu günə qədər gətirib çıxardıq. İnanıram ki, tezliklə bayrağımız Təbrizdə dalğalanacaq, Bütöv Azərbaycanı görəcəyik",- deyə Cəmil Ünal qeyd edib.
Xalidə Gəray
Fotolar müəllifindir
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ