İnsanlara hürriyət, millətlərə istiqlal!

“İMZA” İctimai Birliyinə yeni üzvlər qəbul olundu

“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinə yeni üzvlər qəbul olunub.

İctimai Birliyinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr departamentinin direktoru Elnar Məmmədlinin Musavat.com-a verdiyi məlumata görə, Birliyin ofisində İB-yə yeni üzvlüyə qəbul olunmuş şəxslərə vəsiqələrin təqdimetmə mərasimi keçirilib.

Tədbirdə növbəti 100 nəfərə “İMZA” İB-nin üzvlük vəsiqələri təqdim olunub.

“İMZA” İB-nin yeni üzvlərinə vəsiqələri İB-nin İdarə heyətinin sədri Xəyyam Əsgərov təqdim edib. Onların hər birini İB-in işində, xüsusi ilə könüllülük hərəkatında fəal şəkildə iştirak etməyə çağırıb. “İMZA” rəhbərliyi adından yeni üzvləri İB-yə üzv olmaları münasibəti ilə təbrik edib. Bildirib ki, İctimai Birlik ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın Azərbaycanın inkişafı, dünyada daha da tanıdılması məqsədi ilə gördükləri işləri xüsusi ilə sosial şəbəkələr üzərindən geniş təbliğ edir və bundan hər bir üzvümüz iftixar hissləri keçirir. Yeni üzvlər İB-nin fəaliyyətini həm sosial şəbəkələrdə, həm də ölkəmizin sosial-ictimai həyatında yaxından izlədiklərini vurğulayıblar. Onlar qurumun işində, o cümlədən də keçirəcəkləri tədbirlərdə fəal şəkildə iştirak edəcəklərini deyiblər.

Qeyd edək ki, “İMZA” İB-yi indiyə kimi həm sosial şəbəkələrdə, həm də ölkəmizin ictimai-sosial həyatında fəal şəkildə iştirak edib, bir sıra ciddi layihələri gərçəkləşdirib. Xüsusi ilə də beynəlxalq əhəmiyyətli tədbirlərin təşkilatçısı olub. Ötən il Ulu Öndərimiz Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə keçirilən beynəlxalq konfrans, bu il baş tutmuş “Qərbi Azərbaycana qayıdışın tarixi, mədəni və hüquqi əsasları” adlı beynəlxalq tədbir, həmçinin “İMZA” İB-nin əvvəlki illərdə keçirdiyi Qarabağ İqtisadi Forumu, Xocalı soyqırımına həsr olunmuş toplantıları və digər əhəmiyyətli yığıncaqları geniş ictimai rezonans doğurub, yerli və xarici KİV-lərdə bu barədə məlumatlar yayılıb.

“İMZA” kollektivi yaxın perspektiv üçün də yeni planlar üzərində çalışır.   

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR