İnsanlara hürriyət, millətlərə istiqlal!

İmran Xana mitinqdə sui-qəsd edildi –Sabiq baş nazir yaralandı

Pakistanın keçmiş Baş naziri İmran Xana sui-qəsdə cəhd olub.

“Sky News” xəbər verir ki, silahlı şəxs İmran Xana Vəzirabadda mitinqdə tərəfdarlar qarşısında çıxış edərkən atəş açıb.

Onun ayağından güllə yarası aldığı bildirilir. Keçmiş Baş nazir hadisə yerindən uzaqlaşdırılıb və tərəfdarları onun sui-qəsd cəhdindən sağ çıxdığını açıqlayıblar.

Hadisə zamanı daha 4 nəfərin yaralandığı xəbər verilir.

Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR