Onlayn ictimai-siyasi qəzet
Son məlumata görə, İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) ilə bağlı aparılan istintaq çərçivəsində "İSCON İnşaat", "Nuhoğlu İnşaat" və "Trend İnşaat" şirkətlərinə məhkəmə qərarı ilə həbs qoyulub.
Musavat.com xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Məlumatda bildirilir ki, İstanbul Baş Prokurorluğunun şəhər meri Əkrəm İmamoğlu barəsində apardığı korrupsiya istintaqı çərçivəsində 25 mart 2025-ci il tarixində şübhəli Ali Nuhoğluya məxsus "Trend İnşaat" və "Nuhoğlu İnşaat", eləcə də şübhəli Furkan Remzi Ceylana məxsus "İSCON İnşaat" şirkətləri barəsində məhkəmə qərarı ilə müvafiq tədbirlər görülüb.
Musavat.com
26 Mart 2025
25 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ