Onlayn ictimai-siyasi qəzet
İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı aparılan korrupsiya və terror əməliyyatı çərçivəsində saxlanılan məşhur müğənni Ercan Saatçi hakimin qərarı ilə azadlığa buraxılıb.
Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, eyni əməliyyat çərçivəsində saxlanılan Əhməd Palazoğlu və Alihan Aydın da sərbəst buraxılıb.
57 yaşlı müğənni Ercan Saatçinin İstanbul Böyükşəhər Bələdiyyəsinin təşkil etdiyi konsertlərlə bağlı aparılan istintaq nəticəsində saxlanıldığı bildirilib.
İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Ekrem İmamoğlu və digər şübhəli şəxslər, “cinayətkar təşkilata rəhbərlik”, “korrupsiya”, “rüşvət alma”, “fırıldaqçılıq” və “PKK/KCK terror təşkilatına yardım” ittihamları ilə üzləşiblər.
Musavat.com
12 May 2025
11 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ