İnsanlara hürriyət, millətlərə istiqlal!

İmamoğlu ədliyyə sarayına GƏTİRİLDİ - Təhlükəsizlik tədbirləri artırıldı

İstanbul şəhər Prokurorluğu şəhər bələdiyyəsinin sədri Əkrəm İmamoğlu və digər 90 şübhəlinin dindirildiyi Çağlayandakı Ədliyyə sarayı qarşısında təhlükəsizlik tədbirləri artırılıb.

Musavat.com xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Bildirilir ki, Çağlayan meydanı və Abide-i Hürriyyət küçəsi ətrafındakı bəzi məntəqələr maneələrlə bağlanıb. Əraziyə çevik polis maşınları gətirilib və məhkəmə binasına avtomobillərin giriş-çıxışları bağlanıb.

Qeyd edək ki, Əkrəm İmamoğlu PKK terror təşkilatı ilə əməkdaşlıq, korrupsiya və rüşvət maddələri ilə ittiham edilir.

"Habertürk" telekanalının məlumatına görə, polis İmamoğlunu ifadə vermək üçün Çağlayandakı Ədliyyə sarayına aparıb.

Bundan əvvəl “A Haber” telekanalı İmamoğlunun ona qarşı irəli sürülən ittihamları rədd etdiyini bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Mart 2025

BÜTÜN XƏBƏRLƏR