Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidenti Donald Trampın administrasiyası "Qızıl Qübbə" (Iron Dome) raketdən müdafiə proqramı çərçivəsində sahibkar İlon Maskın rəhbərlik etdiyi SpaceX şirkətinə alternativ axtarır.
Musavat.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumatlı mənbələrə istinadən xəbər yayıb.
Məlumata görə, alternativ kimi Amazon-un qurucusu Ceff Bezosun “Project Kuiper” təşəbbüsü ilə yanaşı, Stoke Space və Rocket Lab kimi yeni texnoloji startaplar da nəzərdən keçirilir.
Mənbələr bildirir ki, Ağ Ev bu qərarı SpaceX-ə yaranan həddindən artıq asılılıq səbəbindən verir. Xüsusilə də Maskın “Starlink” və “Starshield” peyk şəbəkələrinin ABŞ hərbi kommunikasiyalarının əsas dayağına çevrilməsi narahatlıq doğurur.
Bununla belə, qeyd olunur ki, SpaceX şirkətinin “Qızıl Qübbə” layihəsinin əsas mərhələlərində iştirakını tamamilə istisna etmək mümkün deyil.
Musavat.com
23 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ