İnsanlara hürriyət, millətlərə istiqlal!

İlon Mask və Trampın oğlundan Marin Le Penə dəstək: “Avropada demokratiya çökür”

Fransanın sağçı lideri Marin Le Penə qarşı çıxarılan məhkəmə qərarı dünya siyasətində rezonans doğurub.

Musavat.com-un xəbərinə görə, milyarder İlon Mask və ABŞ-ın hazırkı prezidenti Donald Trampın oğlu Donald Tramp Jr. bu qərara sərt reaksiya veriblər.

İlon Mask öz paylaşımında bildirib:

“Radikal solçular demokratik yolla qalib gələ bilməyəndə məhkəmə sistemindən sui-istifadə edərək rəqiblərini həbs etdirməyə çalışırlar. Bu, onların dünyada istifadə etdiyi standart taktikadır”.

ABŞ prezidenti Trampın oğlu Donald Tramp Jr. isə yazıb:

“Marin Le Penin seçkilərə qatılmasının qadağan olunması ABŞ-ın vitse-prezidenti Cey Di Vensin Avropada demokratiyanın çökməsi ilə bağlı sözlərini təsdiqləyir”.

Musavat.com xatırladır ki, Fransanın “Milli Ralli” partiyasının lideri Marin Le Pen haqqında çıxarılan məhkəmə hökmü onun 2027-ci il prezident seçkilərində iştirakını qadağan edir. Qərar Fransada və beynəlxalq aləmdə siyasi motivli təzyiq kimi qiymətləndirilir.

Qeyd edək ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev də məsələyə münasibət bildirərək Fransa hakimiyyətini “qərəzli siyasi oyun” aparmaqda ittiham etmişdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR