Onlayn ictimai-siyasi qəzet
Dünyaca məşhur SpaceX şirkətinin rəhbəri İlon Mask Ukrayna müharibəsi ilə bağlı sensasion açıqlama verib.
Musavat.com xəbər verir ki, o, Ukrayna ordusunun rabitə sisteminin tamamilə Starlink peyk internetinə əsaslandığını bildirib. Maskın sözlərinə görə, əgər bu sistem dayandırılarsa, Ukrayna ordusunun cəbhə xətti tamamilə dağılacaq.
“Əgər mən Starlink-i söndürsəm, onların bütün cəbhə xətti çökər. Ukraynanın cəbhədəki bütün koordinasiya və rabitə imkanları Starlink-ə bağlıdır. Bu, müharibə strategiyasının əsas elementidir. Uzun illərdir bu çıxılmaz vəziyyətdə qan tökülməsindən bezmişəm. Ukrayna bu vəziyyətdən qaçılmaz şəkildə məğlub çıxacaq”, — deyə Mask vurğulayıb.
Xatırladaq ki, Starlink sistemi Ukrayna müharibəsinin ilk günlərindən etibarən bu ölkənin müdafiə və rabitə sistemində mühüm rol oynayıb. Peyk internet xidməti Ukrayna əsgərlərinə döyüş bölgələrində dayanıqlı və sürətli əlaqə təmin edib. Maskın bu açıqlaması beynəlxalq arenada böyük rezonans doğurub.
Ekspertlər Maskın bu bəyanatını Ukraynanın müharibə strategiyasına ciddi təsir edəcək bir faktor kimi qiymətləndirirlər. Müharibənin gələcək gedişatında Starlink-in rolu və Maskın qərarları diqqətlə izlənəcək.
Musavat.com
09 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ