İnsanlara hürriyət, millətlərə istiqlal!

İlon Mask könüllülər axtarır - Beyninə çip yerləşdirəcək

Milyarder iş adamı İlon Maska məxsus "Neuralink" şirkəti beyinə çiplərin implantasiyası üçün insan axtarışındadır.

Sfera.az bildirir ki, bunun üçün iflic olmuş könüllülərə ehtiyac var. Qeyd olunub ki, proses altı il davam edəcək.

“Vertikal onurğa beyni zədəsi və ya ALS xəstələrinə üstünlük veriləcək. Subyektlər beynin hərəkətə nəzarət edən nahiyəsinə xüsusi robotun köməyi ilə cərrahi yolla implantasiya edilmiş çipə sahib olacaqlar. Bu da onlara yalnız öz düşüncələrindən istifadə edərək kompüter kursorunu və ya klaviaturanı idarə etməyə imkan verəcək”, deyə bildirilib.

Xatırladaq ki, çipin heyvanlarda aparılan təcrübələr zamanı bir sıra ağrılara səbəb olduğu bildirilmişdi. Bundan qabaq Mask iddia etmişdi ki, onun texnologiyası kor və ya iflic olan insanlara tam həyata qayıtmağa imkan verəcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR