İnsanlara hürriyət, millətlərə istiqlal!

İlon Mask keçmiş sevgilisinin hesabını bağlatdırıb?

İlon Maskın keçmiş sevgilisi Amber Hördün tvitter hesabı bağlanıb.

Musavat.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, “Akvamen” filminin ulduzu Amber Hördün tvitter hesabı qəfildən yoxa çıxıb.

Tvitterdə Amber Hördün istifadəçi adını yazanda hesaba daxil olmaq olmur. Bu arada sual işarələri İlon Maska çevrilib.

Hadisə ilə əlaqədar bir çox istifadəçi Amber Hördün hesabını Elon Maskın bağladığını iddia edərkən, digər istifadəçilər onun keçmiş həyat yoldaşı Conni Depplə bağlılığı olduğunu iddia edib.

Qeyd edək ki, Mask bir müddət əvvəl Tvitteri 44 milyard dollara satın alıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR