İnsanlara hürriyət, millətlərə istiqlal!

İlon Mask hökumətdən gedir? – “Solçuların hücumlarından bezmişəm”



Texnologiya nəhəngi, “SpaceX” və “Tesla”nın qurucusu İlon Mask ABŞ hökumətindəki xüsusi vəzifəsini tərk etməyə hazırlaşır.

Musavat.com xəbər verir ki, "The Washington Post" anonim mənbəyə istinadən yazır: Mask artıq “sol qüvvələrin davamlı hücumlarından” bezdiyini bildirib və buna görə də hökumətlə əməkdaşlığı davam etdirmək istəmir.

Məlumata görə, İlon Maskın ABŞ hökumətində “xüsusi əməkdaş” statusu bu ilin may ayında başa çatır. Hələlik bu statusun uzadılıb-uzadılmayacağı ilə bağlı rəsmi qərar yoxdur.

Ekspertlər bu gedişi həm Maskın siyasi münasibətlərindəki dəyişikliklərlə, həm də onun dövlətlə getdikcə daha gərginləşən münasibətləri ilə əlaqələndirirlər. Məsələ ABŞ-da və qlobal texnologiya dairələrində ciddi rezonans doğurub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR