İnsanlara hürriyət, millətlərə istiqlal!

İlon Mask Azərbaycanı paylaşdı: “X” platforması ölkəmizdə birinci yerə yüksəlib

İlon Maskın sahibi olduğu “X” platforması (əvvəlki Twitter) Azərbaycanda xəbər və jurnal kateqoriyasında ən çox yüklənən tətbiqə çevrilib.

Musavat.com xəbər verir ki, məlumatı “Tesla Owners Silicon Valley” adlı təsdiqlənmiş hesab yayıb. Bildirilib ki, “X” artıq Azərbaycanda #1 xəbər tətbiqi kimi qeydə alınıb.

“X tək-tək ölkələri fəth edir”, – deyə paylaşımda qeyd olunub.

Sözügedən paylaşım birbaşa İlon Mask tərəfindən də yenidən paylaşılıb (repost olunub). Bu, platformanın beynəlxalq genişlənmə siyasətinə və Azərbaycanın bu prosesdə tutduğu yerə verilən diqqətin göstəricisi kimi qiymətləndirilir.

Qeyd edək ki, son dövrlər “X” platforması İlon Maskın rəhbərliyi altında həm texnoloji yeniliklər, həm də informasiya təhlükəsizliyi baxımından ciddi dəyişikliklərə məruz qalıb. Platformanın həm xəbər yayımı, həm də sosial interaksiya sahəsində rolu genişlənib.

Azərbaycanda isə “X” platformasının sosial media istifadəçiləri və informasiya istehlakçıları arasında populyarlığının sürətlə artdığı müşahidə olunur. Hazırda “X”, Azərbaycan üzrə App Store və Google Play platformalarında xəbər tətbiqləri arasında birinci sırada qərarlaşıb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR