Onlayn ictimai-siyasi qəzet
Xalq artisti Brilliant Dadaşova Əməkdar artist Ədalət Şükürovun qızı Jalənin toy məclisinə qatılıb.
Axşam.az xəbər verir ki, müğənni məclisdə Əməkdar artist Abbas Bağırovla səhnəyə çıxıb.
B.Dadaşova “Ədalət övladını yeni həyata yola salır. Nə xoşbəxtəm ki, ilk dəfə Peterburqdan gələndə onu öz verilişimə ilk mən dəvət etmişəm. Yanılmamışam, indi xalqın sevimlisinə çevrildi” sözlərini söyləyib.
O, daha sonra illərlə küsülü olduğu A.Bağırovla “Bir dəfə yaşayırıq” mahnısının duet şəklində oxuyub.
İfaçılar daha sonra rəqsləri ilə diqqət çəkiblər.
Qeyd edək ki, Dadaşova ilə Bağırov arasındakı qalmaqala səbəb “Aləm gözəl” mahnısı olub.
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ