İnsanlara hürriyət, millətlərə istiqlal!

İllərlə bu sözə görə küsülü qalıblar

Əməkdar artist Lalə Məmmədova illərlə Xalq artisti Brilliant Dadaşova ilə aralarında olan küsülülükdən danışıb.

Müğənni bu haqda "Həftənin qonağı" proqramında bəhs edib.

O bildirib ki, küsülülüyün səbəbi verilişlərdən birində onun adını çəkməməsi olub:

"Başqa insan çıxıb Brilliant Dadaşovaya bənzəsəydi heç nə deməzdi. Amma istedadlı bir qız oxuyur. İnciməyə haqqı var idi. 3 yaşımda efirdə gördüm ki, bir xala oxuyur: "Ay Lalə". Elə bilirdim dünya mənimdir. Uşaq verilişinə gəldim və 14 yaşında təsnif oxudum. Dedilər ki, təbiətə aid nəsə oxu. Getdim "Göygöl" mahnısı oxudum. Studiyada dedilər ki, necə Brilliant Dadaşovaya oxşayır. Getdim Brilliant xanıma qulaq asdım. Amma gəlib efirdə dedim ki, Elmira Rəhimovaya qulaq asırdım. Gözümü açandan ona qulaq asmışdım. Bundan incidi. Gərək adını çəkərdim. 

Brilliant xanım bir dəfə yaxşı dedi ki, biz dost olmamışıq axı. Biz heç dost olmamışıq, bir-birimizdən xəbərsiz idik". (Axşam.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR