İnsanlara hürriyət, millətlərə istiqlal!

İlhamə Quliyevanın oğulluğu Türkiyədədir - Yeni iddia

Mərhum Xalq artisti İlhamə Quliyevanın itkin düşən oğulluğu Orxan Nadirovla bağlı yeni məlumatlar yayılıb.

Musavat.com olay-a istinadla xəbər verir ki, bu barədə “Səni axtarıram” verilişində danışılıb.

Xoşqədəm Hidayətqızı bildirib ki, Orxanla bağlı Türkiyədən zəng gəlib:

“Məni şoka saldı. Bu oğlanın özü-özünü itirdiyini deyənlər də var. Borclu olduğu şəxslərdən qaçıb gizləndiyini deyənlər də. Anasının məqsədli şəkildə bu məsələni ictimailəşdirib o borclardan canını qurtarmaq istədiyini deyənlər də...

Bunlar doğrudursa belə, Orxanı tapmaq lazımdır. Aldığım məlumata görə, Orxan Türkiyədədir və onu orada görüblər. Bəlkə də həqiqətən bu qadın düşündüyümüz kimi məzlum, məsum, hamı tərəfindən əzilən qadındır. Digər tərəfdən, nə vaxtsa mənim oğlumun başına belə bir şey gəlmiş olsa, nə qonşu, nə qohum, nə də məktəbdəki müəllimləri düşünərəm.

Açığı, Lalə xanımı efirə yalvara-yalvara çıxarıram. Az qala hər gün ona yalvarıram ki, ay xanım, gəlin, siz müraciət etməlisiniz. Ana olmadan gedib nəyisə öyrənə bilərəm? Mən kiməm ki?!”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR