İnsanlara hürriyət, millətlərə istiqlal!

İlham Əliyev: "Laçın Beynəlxalq Hava Limanı bu il istifadəyə veriləcək"

Azərbaycanda doqquzuncu beynəlxalq hava limanı bu il Laçında istifadəyə veriləcək.

Musavat.com xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə deyib.

Prezident qeyd edib ki, son 20 il ərzində Azərbaycanda səkkiz beynəlxalq hava limanı inşa edilib: “Onların dördü var idi, amma vəziyyəti qənaətbəxş hesab edilmirdi. Bakı, Naxçıvan, Gəncə və Lənkəran hava limanları yenidən quruldu. Lənkəran hava limanı faktiki olaraq istifadə edilmirdi. Amma Bakı, Naxçıvan, Gəncə istifadə olunurdu. Bu dörd hava limanının həm zolaqları, həm terminal kompleksləri ən müasir standartlara cavab verir. Bununla bərabər, dörd yeni hava limanı inşa edilib - Qəbələ, Zaqatala, Füzuli və Zəngilan. Doqquzuncu beynəlxalq hava limanı bu il Laçında istifadəyə veriləcək".

Dövlət başçısı vurğulayıb ki, bütün bu hava limanları istənilən ağırlıqda yük və sərnişin təyyarələrini qəbul etməyə qadirdir: "Uçuş-enmə zolağı minimum üç kilometr səviyyəsindədir. Beləliklə, indi dediyim kimi, doqquzuncu bu il istifadəyə veriləcək və bu məsələni də tam bağlayırıq”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Yanvar 2025

29 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR