İnsanlara hürriyət, millətlərə istiqlal!

İlginc paylaşım: “Deputat blankımda “Şimali Azərbaycan Respublikasının millət vəkili” yazdım”

Sabiq deputat, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev sosial şəbəkədəki şəxsi hesabında maraqlı paylaşım edib.

Musavat.com bu barədə bildirir ki, F.Quliyev yazıb: “1991-ci ildə ilk dəfə müstəqillik aktı qəbul olunanda Azərbaycanın adının “Şimali Azərbaycan Respublikası” adlandırılması ilə bağlı çıxış etmişəm. Təklif qəbul olunmayandan sonra mən öz vizit kartımda, deputat blankımda “Şimalı Azərbaycan Respublikasının millət vəkili” kimi yazdım. O vaxt hesab edirdim ki, artıq biz yeni konstitusiya və dövlətin adını qəbul ediriksə, bunu bu cür qoymaq olardı. Ümumiyyətlə, bunun dünyada analoqu var idi. Məsələn, Şimali və Cənubi Koreya var idi. Ondan xeyli əvvəl də Almaniya müxtəlif adlarla bölünmüşdü. Yəni, ölkənin adı Şimali Azərbaycan adlandırılsaydı, müəyyən məsələləri qaldıranda bizə rahatlıq gətirəcəkdi. Amma, həmin vaxt məsələni anlamadılar və məcbur olub yalnız visit kartımı bu cür qoya bildim. Hətta, 2010-cu ildə parlamentdə Türkmənçay müqaviləsinin qüvvədən düşməsinin tanımaq haqqında məsələ qaldırdım. Orada da iki məsələ qoydum. Birincisi, ölkənin adının dəyişdirilməsi, ikincisi də bu müqavilənin qüvvədən düşməsini”. F.Quliyev qeyd edib ki, bundan sonra İrəvan xanlığının taleyini gündəmə gətirmək olardı: “Bunu gətirməklə isə biz artıq ermənilərə növbəti hüquqi meydanda çox ciddi şəkildə zərbə vura bilərdik. O vaxt o qədər ciddiyə alınmadı. Amma, indi zaman və şərtlər dəyişib. Hər kəs bunu səsləndirir. Bu sevindirici haldır. Demək istəyirəm ki, mən nəinki bu məsələləri təqdir edirəm, bu məsələni ilk təklif edən şəxs olmuşam”.

Qeyd edək ki, deputat, BAXCP sədri Qüdrət Həsənquliyev parlamentin son iclasında Azərbaycan Respublikasının adının dəyişdirilməsini, Şimali Azərbaycan Respublikası adlandırılmasını təklif edib və təklif böyük rezonansa səbəb olub.

 

Musavat.com

fff55az.jpg (37 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR