Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) internet xidmətlərindən istifadə edən istehlakçılar arasında “İnternet xidmətləri üzrə istehlakçı təcrübəsi sorğusu”nun keçirilməsinə başlayıb.
Musavat.com xəbər verir ki, sorğunun keçirilməsində əsas məqsəd adıçəkilən sektorda xidmət səviyyəsinin və vətəndaş məmnuniyyətinin ölçülməsi, şəffaflığın təmin edilməsidir. Bu səbəbdən agentlik vətəndaşları bu prosesdə fəal olmağa, qarşılaşdıqları çətinlikləri, irad və təkliflərini qeyd etməyə çağırır.
Qeyd edək ki, İKTA 2023-cü ilin əvvəlindən başlayaraq internet provayder və operatorların uçotunun aparılmasını həyata keçirir. Agentliyin bu istiqamətdə həyata keçirdiyi fəaliyyət nəticəsində 158 internet provayder və operatorun uçotu tamamlanıb. Onu da qeyd edək ki, proses tamamilə rəqəmsal şəkildə “Elektron hökumət” portalında bu link vasitəsilə həyata keçirilir.
Qarşıdakı günlərdə oxşar sorğunun poçt (karqo) xidmətlərindən istifadə edən istehlakçılar arasında da keçirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, ötən ilin sonlarından etibarən İKTA, həmçinin “E-Şikayət” sistemi vasitəsilə telekommunikasiya və poçt (karqo) sahəsində istehlakçı müraciətlərini qəbul edir. İndiyədək bu sistem vasitəsilə 900-ə yaxın vətəndaş müraciəti qeydə alınıb və onların böyük əksəriyyəti qısa zamanda həll edilib.
Musavat.com
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ