İnsanlara hürriyət, millətlərə istiqlal!

İki yeniyetmə Anqarskda hərbi maşınları yandırmaq istəyib

Rusiyanın Anqarsk şəhərində iki yeniyetmə saxlanılıb və onlar hərbi yük maşınlarını yandırmağa cəhd etməkdə şübhəli bilinirlər.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, FTX onların hərbi hissənin ərazisinə tez alışan maye olan butulkalar atdıqlar barədə məlumat yayıb.

Bildirilir ki, hərbi hissənin avadanlıqlarına ziyan dəyməyib. Şübhəlilər iddia edirlər ki, onlara bu aktı törətmələri üçün 300 dollar vəd edilib, lakin pul verilməyib.

Anqarskda hərbi texnikanı yandırmağa cəhd etməkdə şübhəli bilinən yeniyetmələrin biri 2007, o biri 2009-cu il təvəllüdlüdür.

FTX iddia edir ki, yeniyetmələr hərbi və nəqliyyat obyektləri də daxil olmaqla, mümkün yanğın üçün başqa hədəflər də axtarıblar.

Axtarış zamanı təhlükəsizlik qüvvələri həbsi lentə alıb. FTX bildirib ki, yeniyetmələr guya messencerlər vasitəsilə Ukrayna xüsusi xidmət orqanlarının nümayəndələri ilə əlaqə saxlayıblar. İstintaq hadisənin bütün hallarını müəyyənləşdirir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Mart 2025

BÜTÜN XƏBƏRLƏR