İnsanlara hürriyət, millətlərə istiqlal!

İki ölkədən gözlənilməz qərar – Fransa ilə hərbi əməkdaşlıq dayandırıldı

Fransa müdafiə naziri Sebastyan Lekornu ölkəsinin hakimiyyət çevrilişinin baş verdiyi Qabonla hərbi əməkdaşlığını dayandırdığını açıqlayıb.

Nazir Fransa ilə hərbi əməkdaşlığı dayandıran Nigerdə də vəziyyətin onlar üçün ürəkaçan olmadığını deyib.

Niger və Qabonda durumun dəyişdiyini söyləyən Lekornu hərbçilərin legitim hakimiyyətləri devirdiklərini xatırladıb.

Nazir Nigerin devrilmiş prezidenti Məhəmməd Bazumla əlaqə saxladıqlarını da bildirib. Eyni zamanda, Lekornu hərbi xuntanın Nigerdəki 1500 fransız hərbçisinin ölkədən çıxması tələbini rədd etdiklərini açıqlayıb.

Niger bundan əvvəl Fransanın bu ölkədəki səfirinin də çıxarılmasını tələb etmişdi.

Qabonla yanaşı, Niger də Fransa ilə bütün hərbi əməkdaşlığı dayandırıb./Teleqraf.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR