İnsanlara hürriyət, millətlərə istiqlal!

İki ölkə arasında GƏRGİNLİK: Təyyarələrin Tehrana enməsinə İCAZƏ VERİLMƏDİ

İran Livanın "Middle East Airlines" aviaşirkətinə məxsus iki təyyarəsinin Tehrana enməsinə icazə verməyib.

Musavat.com xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Məlumatda bildirilir ki, təyyarələr İrandakı bir qrup Livan vətəndaşını ölkəyə gətirmək üçün uçubmuş.

Qeyd olunub ki, bu qərar Livanın İran təyyarəsinin Beyrutda enməsinə icazə vermədikdən sonra qəbul edib. Livan bu addımı İsrail ordusunun xəbərdarlığına cavab olaraq atıb. Bu hadisədən sonra Beyrut hava limanında etirazlar başlayıb. HƏMAS tərəfdarları yol kənarlarında təkər yandırıb və hava limanına gedən yolu bağlayıblar.

İDF-in nümayəndəsi, polkovnik Avixay Adrai daha əvvəl Livan hökumətinə açıq şəkildə xəbərdarlıq edib ki, son həftələr ərzində SEPAH və HƏMAS Beyrut hava limanını İsrailə qarşı istifadə edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR