Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Sakarya vilayətində baş verən silahlı insident faciə ilə nəticələnib.
Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, iki ailə arasında yaranan mübahisə böyüyərək atışmaya çevrilib.
Hadisə zamanı 5 nəfər həyatını itirib, daha 5 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Polis insidentlə bağlı araşdırmalara başlayıb və dörd nəfəri saxlayıb.
Musavat.com
07 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ