İnsanlara hürriyət, millətlərə istiqlal!

İdmançını öpmüşdü - Hökm oxundu - FOTO

İspaniya Milli Məhkəməsi millinin futbolçusu Cennifer Hermosonu öpən İspaniya Kral Futbol Federasiyasının (RFEF) keçmiş rəhbəri Luis Rubialesə hökm oxuyub.

Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, Rubiales 10 min 800 avro cərimə ödəməli olacaq. Bundan əlavə, ona bir il müddətində Hermosoya 200 metrdən yaxın məsafədən yaxınlaşmaq qadağa olunub.

Məlumata görə, sabiq Federasiya rəhbərinin 2,5 il müddətinə həbs olunması istənilirdi.

Xatırladaq ki, İspaniya yığmasının İngiltərə yığmasını məğlub etdiyi (1:0) DÇ-2023 finalından sonra keçirilən mükafatlandırma mərasimində millinin qələbəsinə sevinən Rubiales Hermosonu qucaqlayıb və dodaqlarından öpüb. Futbolçunun şikayətindən sonra cinayət işi açılıb. Tənqidlərdən sonra vəzifəsindən istefa verib.

Həmçinin Rubiales üç il müddətinə milli və beynəlxalq səviyyədə futbolla bağlı bütün fəaliyyətlərdən uzaqlaşdırılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Fevral 2025

21 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR