İnsanlara hürriyət, millətlərə istiqlal!

İctimai fəalın avtomobilinə həbs qoyulacaq?

İctimai fəal Haldun Novruzzadə yol vərəqəsi ilə sürücüyə təqdim etdiyi avtomobilinin cərimə meydançasına salınacağından narahatdır.

H.Novruzzadə sosial şəbəkə hesabında yol polisinin İnzibati Xətalar Məcəlləsinin 333.1.2 maddəsi (Narkotikin təsiri altında avtomobil idarə etmə) əsasında yazdığı 800 manat cərimənin onun avtomobilinə yönləndirildiyini bildirib.

O, polisin yazdığı protokolun məhkəməyə göndərildiyini qeyd edib:

“İnzibati Xətalar Məcəlləsinin 150.12-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs olan işəgötürənin mülkiyyətindəki və ya istifadəsindəki nəqliyyat vasitəsinin sürücüsü inzibati xəta törətdikdən sonra onun işəgötürənlə əmək münasibətlərinə xitam verilibsə və inzibati xətanı törətmiş şəxs 2 ay müddətində inzibati cəriməni ödəməyibsə, nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edilmədən, inzibati xətanı törətmiş şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması barədə qərar qəbul edilir. Cərimənin ödənilməsini təmin etmək məqsədi ilə məcburi icraya yönəldilir. Yəni mənim avtomobilimə həbs qoyulmadan, adına cərimə yazılmış şəxs sürücülük hüququndan məhrum edilib, məcburi icraya göndərilir. Lakin avtomobilə yazılmış cərimə hələ də götürülmür. Avtomobilimə başqasının adına yazılmış və qanunsuz qoyulmuş həbslə bağlı bu gün Daxili İşlər Nazirliyi Dövlət Yol Polisi İdarəsinə gedəcəyəm”.

Bakı Şəhər DYP İdarəsinin bölmə rəisi Toğrul Nəsirli Qafqazinfo-nun sorğusuna cavab olaraq bildirib ki, vətəndaşın müraciəti ilə bağlı araşdırma aparılır: “Araşdırmanın nəticəsinə uyğun məsələyə hüquqi qiymət veriləcək”.

Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən, qeydə alınmış inzibati xəta üzrə təsdiq edilmiş ödənilməyən cərimələrə görə də avtomobilin hərəkətinə 2 ay sonra məhdudiyyət qoyulur. DYP bunun ödənilməmiş cərimələrlə bağlı məsuliyyətdən yayınma hallarının qarşısını alınması məqsədilə edildiyini bildirir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR