Onlayn ictimai-siyasi qəzet
İranın mərhum prezidenti İbrahim Rəisinin həyat yoldaşı Cəmilə Ələmolhoda Rusiyanın RT televiziya kanalına müsahibə verib.
O qeyd edib ki, bu, ərinin ölümündən sonra müsahibə verməyə razılaşdığı ilk media orqanıdır.
"Mənim bu qərarı qəbul etməyimin səbəblərindən biri kimi RT-nin dürüstlüyüdür," - deyə mərhum prezidentin xanıml bildirib.
Onun sözlərinə görə, Qərb mediası İran haqqında dəhşətli və qorxunc imic yaradıb.
Cəmilə Ələmolhoda əlavə edib ki, Qərb məqsədyönlü şəkildə İranın gənclərini və qadınlarını ölkənin hakimiyyətinə qarşı qoymağa çalışır.
İran prezidentinin helikopteri 19 may tarixində qəzaya uğrayıb. 21 avqustda "Fars agentliyi" İranın xüsusi xidmət orqanlarındakı mənbəyə istinadən məlumat verib ki, İbrahim Rəisinin helikopter qəzası ilə bağlı təhqiqat başa çatıb və insident bədbəxt hadisə kimi qəbul edilib. Mediaya görə, qəza zamanı helikopterdə təhlükəsizlik protokollarına görə icazə veriləndən iki nəfər artıq olub. Həmçinin, jurnalistlər qeyd ediblər ki, pilot dumanı gördükdən sonra helikopteri lazımi hündürlüyə qaldırmağa çalışıb, lakin bunu bacarmayıb və məhdud görünmə şəraitində dağa çırpılıb.
Eyni zamanda, İran Silahlı Qüvvələrinin Baş Qərargahı qəzanın səbəbləri ilə bağlı Fars agentliyinin yaydığı məlumatları təkzib edib.
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ