Onlayn ictimai-siyasi qəzet
Yəmənin "Ansar Allah" üsyançı husilər hərəkatı Ədən körfəzi istiqamətində gəmi əleyhinə bir ballistik raket buraxıb.
Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı "X" sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.
"Təxminən saat 21:35-də (Bakı vaxtı ilə saat 22:35-də) İranın dəstəklədiyi husilər Yəməndə nəzarətləri altında olan ərazidən Ədən körfəzi üzərindən gəmi əleyhinə bir ballistik raket buraxıblar", - bəyanatda deyilir.
Raketin bölgədəki koalisiyanın döyüş gəmilərinə və ticarət gəmilərinə zərər vermədiyi qeyd olunur.//Report
04 Yanvar 2025
03 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ