Onlayn ictimai-siyasi qəzet
"Azərbaycanlıların Qərbi Azərbaycana geri qayıtması onların haqqıdır. Necə olur ki, Qərbi Azərbaycanda yaşayan 380 mindən çox Azərbaycan türkü zorla evlərindən çıxarılıb, bütün mülkləri müsadirə edilib. Bu gün Ermənistanı müdafiə edənlər Qarabağdan öz arzuları ilə çıxan ermənilərin geri dönmələri üçün təminat istəyirlər. Bəs niyə 380 mindən çox qərbi azərbaycanlının doğma torpaqlarına qayıtması üçün təminat tələb edilmir?"
Musavat.com bildirir ki, bu sözləri Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İmza” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç Bakıda keçirilən "Qərbi Azərbaycana qayıdış tarixi, mədəni və hüquqi əsasları" adlı beynəlxalq konfransda deyib.
O vurğulayıb ki, ermənilər Azərbaycan torpaqlarındakı tarixi izləri dəyişdiriblər:
"Bu gün dünyada heç kim bu barədə danışmır. Bu azmış kimi, hətta Ermənistanı müdafiə edirlər. Biz beynəlxalq ictimaiyyətin diqqətini bu məsələyə yönəltmək istəyirik. Türkiyə olaraq biz hər zaman Azərbaycanın haqlı mübarizəsində yanında dayanmışıq, bundan sonra da olacağıq. Bütün dünyadan Qərbi Azərbaycan üçün ədalət tələb edirəm!"
Xalidə Gəray
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ