İnsanlara hürriyət, millətlərə istiqlal!

Hülusi Akar Azərbaycan qaziləri ilə görüşdü - FOTO, VİDEO

Türkiyənin milli müdafiə naziri Hulusi Akar nazirlikdə azərbaycanlı qaziləri qəbul edib.

APA xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nazir qazilərlə görüşündə bildirib ki, Azərbaycan Ordusu böyük uğurla “Tək Vətən” hərəkatını həyata keçirib. Hulusi Akar diqqətə çatdırıb ki, Türkiyə buna görə sevinclidir. O şəhidlərin, qazilərin fədakarlığının nəsillər boyu xatırlanacağını, tarixdə əhəmiyyətli yer alacağını vurğulayıb.

Hulusi Akar Türkiyə və Azərbaycanın kədərdə və sevincdə bir olacağını qeyd edib.

Səfərin təşkilatçısı, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli Musavat.com -a görüşə dair əlavə foto və videolar təqdim edib. Onları oxucularımızın diqqətinə çatdırırıq:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR