İnsanlara hürriyət, millətlərə istiqlal!

Hraparak: Oskanyan Qarabağ erməni icmasını qızışdırır


 Ermənistanın keçmiş xarici işlər naziri Vartan Oskanyanın rəhbərlik etdiyi "Artsax xalqının əsas hüquqlarının müdafiəsi komissiyası" xaricdən qayıdıb. O, Samvel Şahramanyan və digər separatçılarla birlikdə görüşlər keçirərək görülən işlər haqqında hesabat təqdim edib.

Musavat.com-un erməni mediasına istinadən verdiyi xəbərə görə, bu barədə yerli “Hraparak” qəzeti məlumat yayıb. Qəzetin yazdığına görə, Oskanyanın təqdim etdiyi məlumatlar separatçı dairələrdə nikbinlik yaratmaqla yanaşı, onları çaşdırıb. O, rəhbərlik etdiyi komissiyanın çox iş gördüyünü bildirsə də, qalanlarını fəaliyyətində ittiham edib.

Görüşdə iştirak edənlərin əksəriyyəti Oskanyanın çıxışına əsəbiləşərək ona sərt təpki verib. Razılığa gəlinərək, separatçılar Paşinyan hakimiyyətinə qarşı mübarizə aparacaqlarını və "komissiya"ya kömək edəcəklərinə söz veriblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR