Onlayn ictimai-siyasi qəzet
Son günlər müxtəlif səviyyəli dövlət rəsmiləri arxiyepiskop Baqrat Qalstanyanla əlaqələr qurmaq, eləcə də ona dəstək verməyə hazır olduqlarını bildirmək üçün körpülər axtarırlar.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu iddia müxalifyönlü “Hraparak” qəzeti tərəfindən irəli sürülüb.
“Məlumat var ki, xüsusən hüquq-mühafizə sistemində, hətta Milli Təhlükəsizlik Xidmətinin müxtəlif dairələrində Nikol Paşinyandan narazıdırlar, hökumət əleyhinə hərəkatın inkişafını diqqətlə izləyirlər və hərəkatın uğurunu səbirsizliklə gözləyirlər.
Hələ ki, hərəkat irimiqyaslı deyil və hakimiyyət onun söndüyünü güman edir. Amma fakt budur ki, hakimiyyətin mövqeyi xeyli sarsılıb”,- deyə “Hraparak” qeyd edir.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ